08 May 2024 11:03

Fərqliliyimiz Uğurumuzdur

Ağstafada hərbçilər qəzaya düşdü – YARALILAR VAR

Azadsöz.az xəbər verir ki, Ağstafa rayon  Vurğun qəsəbəsində hərbçilər qəzaya düşüb.

Belə ki,  hərəkətdə olan “VAZ” markalı iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayonun Köçəsgər kənd sakinləri 28 yaşlı Məcid Rzayev, 27 yaşlı Azər Bayramov, 40 yaşlı Ramin Hacıyev, 65 yaşlı Şahin Qasımov, 31 yaşlı İlkin Abdullayev və 39 yaşlı Sübhan Vəliyev xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.