27 İyul 2024 07:49

Göyçayda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin konfrans zalında “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirildi.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Sahib Şükürov, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzinin konfrans zalında dəyirmi masa ətrafında başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masanı giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova bildirdi ki, bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli liderin ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu il 14 iyul günü xalqımızın tarixi taleyində misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Buna görə də Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının Mırtı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Sahib Əsgərov, Göyçay rayon Heydər Əliyev Mərkəzinin direktoru Samirə Vəliyeva, Qadın Resurs Mərkəzinin direktoru Vüsalə Məmmədova, Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Coşqun İsmayılov, Alxasava kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xalid İsmayılov çıxış edib və Azərbaycan televizisiyasının hazırladığı “1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi həyatın ritmini dəyişdir” adlı videoçarx nümayiş olunub.