23 Noyabr 2024 18:22

Prezident İlham Əliyev Monteneqronun Prezidentinə təbrik məktubu göndərib

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə təbrik məktubu göndərib.

 Məktubda deyilir:

“Monteneqronun milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan-Monteneqro dövlətlərarası əlaqələrinin inkişaf dinamikası bizi sevindirir. Bu gün ölkələrimiz arasında münasibətlərin, bir sıra sahələrdə, xüsusilə də energetika və nəqliyyat sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, ənənəvi dostluq əlaqələrimizi möhkəmləndirmək, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Ankara escort İstanbul Travesti Shemale İstanbul