16 Sentyabr 2024 22:50

UEFA “Qarabağ”a ödəniş etdi

Azadsöz.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi saytının yaydığı məlumata görə, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştirak etdiyi üçün “Qarabağ”a 27 min 943 avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.