Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə müvəqqəti rəis təyin olunub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, mətbuat xidmətinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq polis polkovnik-leytenantı Elşad Hacıyevə tapşırılıb.