Azadsöz.az xəbər verir ki, gecə saatlarından başlayaraq Göyçaya yağan intensiv yağış poliqon ərazisində fəsadlara səbəb olub.
Sel nəticəsində rayonun Qarabaqqal kənd ərazisində yerləşən məişət tullantılarının daşınması üçün nəzərdə tutulmuş poliqonla gediş-gəliş əlaqəsi kəsilib.
Belə ki, sel poliqona yığılan məişət tullantılarını, şüşə, plastik butulkaları və polietilen torbaları yuyaraq, ətrafa səpələyib o cümlədən lil və çöküntülər əmələ gələrək poliqona gedən yolu iflic edib.
Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin rəhbəri Ruslan Məmmədov tərəfindən əraziyə texnika və canlı qüvvə cəlb olunaraq, aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən ərazidə hərəkətin bərpa edilməsinə çalışılır.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev