Azadsöz.az xəbər verir ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvvəkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətini AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb.
Bu barədə Ombudsmanın “Twitter” səhifəsində paylaşım edilib.
“Biz Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik. Biz Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq”, – deyə paylaşımda qeyd edilib.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına beylikdüzü escort hücum olub. Dövlət televiziyasının bununla bağlı bəyanatında bildirilib ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.