Azadsöz.az xəbər verir ki, iyulun 1-dən Ukraynada “COVID-19” pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejimi başa çatacaq.
Bunu Ukraynanın baş naziri Denis Şmıxal Nazirlər Kabinetinin iclasında deyib.
“İyulun 1-dən biz koronavirus pandemiyası ilə əlaqədar karantin və fövqəladə vəziyyət rejiminə son veririk. “COVID-19″ ukraynalılar üçün çətin sınaq olub. Bütün bu müddət ərzində bizim bütün qərarlarımız insanların həyatını xilas etməyə yönəlib”, – Şmıxal bildirib.