22 Noyabr 2024 03:00

Lənkəranda “Yeddi Bulaq” restoranın fəaliyyəti məhdudlaşdırıldı-FOTOLAR

Azadsöz.az xəbər verir ki, daxil olan müraciət əsasında Lənkəran rayonu, Kənarmeşə kəndində fəaliyyət göstərən, fiziki şəxs Həsənova Elnurə Xanbaba qızına məxsus “Yeddi Bulaq” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Belə ki, obyektin sanitar-gigiyenik tələblərə cavab vermədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən, korroziyaya davamlı materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Həmçinin baytarlıq arayışı olmayan toyuq məhsulları, istifadə muddəti bitmiş göbələk sousu və şirinləşdirilmiş içkilər aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, restoranın fəaliyyəti məhdudlaşdırılıb.

 

İstanbul trv istanbul travestileri