21 Noyabr 2024 21:43

İsrailin müdafiə naziri müharibənin yeni mərhələsinin başladığını elan etdi

Azadsöz.az xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant sentyabrın 18-də etdiyi çıxışında müharibənin yeni mərhələsinin başladığını elan edib.

Bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“Ağırlıq mərkəzi şimala doğru sürüşür. Bu, o deməkdir ki, biz gücləri, resursları və enerjini getdikcə daha çox şimala yönləndiririk”, – deyə Qalant bildirib.

“Bu əməliyyat hərtərəfli bir əməliyyatdır və onun missiyası aydın və sadədir – şimal icmalarının sakinlərini təhlükəsiz şəkildə evlərinə qaytarmaq”, – o əlavə edib.

Bildirilir ki, İsrail Müdafiə Qüvvələri öz bölmələrindən biri olan 98-ci diviziyanı Qəzza zolağından Livanla sərhədə köçürür.

İstanbul trv istanbul travestileri