30 Noyabr 2024 05:37

MINEPS 2023 konfransında yekun sənəd qəbul ediləcək

Azadsöz.az xəbər verir ki, MINEPS 2023 konfransında pandemiyadan sonra insanların aktiv və normal həyata qayıtmasında idmanın rolu müzakirə olunur.

Bu barədə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov brifinqdə deyib.O bildirib ki, artıq bir ildir ki, bu konfransa hazırlıq gedirdi:

“Burada 124 ölkədən idman nazirləri, nazir müavinləri və bu sahədə məsul olan şəxslər iştirak edir. Eyni zamanda bu toplantı çərçivəsində nazirlər arasında ikitərəfli görüşlər keçirilir. Bu idmanla bağlı məsələləri müzakirə etmək üçün yaxşı platformadır. COVID pandemiyasından sonra normal həyata qayıtmaq üçün idman vacibdir və biz bunu müzakirə edirik”.

UNESCO Baş katibinin sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos isə deyib ki, bu tədbir üç ildən bir keçirilir. Lakin pandemiyaya görə Forumun keçirilməsi 7 il sonra baş tutub.

“İdman sosial inkişaf, inkluzivlik üçün vacibdir. Azərbaycan hökuməti ilə qərara aldıq ki, biz idmanın cəmiyyətə təsirini necə ölçə bilərik? İdman təhsilə, gender bərabərliyinə necə təsir göstərə bilər? və s. Burada bizim 19 tərəfdaşımız iştirak edir. İdman sahəsində liderlər iştirak edir. Ümid edirəm biz vacib yekun sənəd qəbul edəcəyik. Bakıda “Fit for Life”alyansı yaradılacaq”, – deyə o bildirib.

UNESCO rəsmisi vurğulayıb ki, idmanda nifrətə, irqçiliyə yol vermək olmaz.

O bildirib ki, idmançılar sülhün təşviqində, irqçiliyə qarşı mübarizədə yaxşı vasitəçi ola bilər.

Ankara escort İstanbul Travesti Shemale İstanbul