Azadsöz.az xəbər verir ki, Moldova MDB Parlamentlərarası Assambleyasından (PA) çıxmaq prosesinə başlayıb.
Bunu ölkə parlamentinin spikeri İqor Qrosu bildirib.
O qeyd edib ki, qərar layihəsi hökumətdədir və yaxın vaxtlarda ona baxılacağı gözlənilir.
“Moldova həmçinin MDB ilə imzalanmış hüquqi bazanı və digər sazişləri təhlil edir”-, deyə İ.Qrosu bildirib.