29 Noyabr 2024 14:31

Qubada bələdiyyə sədrləri cərimələnib

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə iyunun 22-də Quba rayonu ərazisində keçirdikləri tədbir zamanı Qəçrəş və Dağlı kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, Tülər kəndində isə qanunsuz kömür istehsalı faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduqlarına görə Qəçrəş və Dağlı kənd bələdiyyələrinin sədrləri, 275.1.1-ci maddəsinin (dövlət ekoloji ekspertizanın müsbət rəyi olmadan ətraf mühitə bilavasitə və ya dolayı yolla mənfi təsir göstərən, habelə dövlət ekoloji ekspertizanın rəyi ekoloji təhlükəsi müəyyən edilən təsərrüfat və ya sair fəaliyyətin həyata keçirilməsi) tələblərini pozduğuna görə isə bir vəzifəli şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul