Azadsöz.az xəbər verir ki, “Bavariya”nın müdafiəçisi Lukas Hernandes PSJ-yə keçir.
Klublar arasında danışıqlar gedir. Paris klubunun bu transfer üçün Münhen təmsilçisinə 35-40 milyon avro ödəyəcəyi bildirilib.
Fransa millisinin üzvü ötən mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. O, 2019-cu ildən “Bavariya”da çıxış edir.