30 Noyabr 2024 03:54

26 iyun – Silahlı Qüvvələr Günüdür

Azadsöz.az xəbər verir ki, artıq üçüncü ildir ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və güclü liderliyi, rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qalib xalq olaraq böyük təntənə ilə qeyd edir. Cənab prezidentin nitqində qeyd olunduğu kimi “Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində uğurla davam və inkişaf etdirilir. 2003-cü ildən ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbiçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, ordunun ən müasir silah və hərbi texnika ilə təchizatı daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının bu ali diqqət və qayğısı nəticəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən güclü və qüdrətli ordusuna çevrilib.

Ölkə prezidenti ordu quruculuğu ilə əlaqədar öz çıxışlarının birində belə demişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Ölkəmizdə aparılan ordu quruculuğu siyasətinin ən mühüm qətiyyəti hərbiçilərimizin Vətən müharibəsi dövründə nümayiş etdirdikləri misilsiz qəhrəmanlıq nümunələri oldu. Azərbaycanın ərazi bütövlüyünün pozulması və Ermənistanın işğalçı siyasətinin dünyada tanıdılması istiqamətində 2003-cü ildən bəri son dərəcə uğurlu diplomatik siyasət yürüdən ölkə prezidenti hər zaman vurğulayırdı ki, mövcud münaqişənin hərb yolu ilə həlli mümkündür və lazım gələrsə Azərbaycan bu hüququndan istifadə edəcək.

2020-ci il sentyabrın 27-də başlayan Zəfər savaşı Azərbaycan tarixinə şərəf və qürur səhifəsi kimi yazıldı. 44 gün ərzində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın yenilməz birliyi, Azərbaycan ordusunun maddi-texniki bazası, taktiki gedişləri, xüsusilə də hərbiçilərimizin yüksək şücaət və qəhrəmanlığı sayəsində işğala son qoyulmaqla yanaşı, vətənimiz bütövləşdi. Ali Baş Komandan qalib sərkərdə olaraq adını Azərbaycan tarixinə əbədi həkk etdirdi. Bu gün artıq bir vaxtlar həsrətlə baxdığımız təkcə coğrafi mənada deyil, həm də ruhumuzun zirvəsi, yüksəkliyi olan doğma Şuşamızda və işğaldan azad edilmiş digər tarixi torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Vətən müharibəsinin zirvə nöqtəsi olan Şuşa əməliyyatı isə dünya hərb tarixində ayrıca bir iz qoydu, o cümlədən Azərbaycan ordusunun göstərdiyi fövqəladə şücaət, qəhrəmanlıq gələcək nəsillərə əbədi ərmağandır.

İftixarla qeyd etmək olar ki, bugünkü qüdrətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanımızın birbaşa müəllifliyi ilə Qalib Ordu statusu alıb. Şübhəsiz ki, ordu quruculuğu ilə yanaşı bütün sahələrdə olan uğurların təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mükəmməl siyasi kurs dayanır. Və əminik ki, xoşbəxt gələcəyə hesablanmış bu siyasi kurs xalqımızı daha böyük zəfərlərə doğru aparacaqdır.

Ankara escort İstanbul Travesti Shemale İstanbul