“Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) “Tvin TV” abunəçilərinə dair açıqlama yayımlayıb.
Azadsöz.az xəbər verir ki, məlumatda son günlərdə bir sıra Rusiya və digər əcnəbi telekanalların xarici yayım siqnallarının ötürmə xətlərində problemlər müşahidə olunduğu bildirilir.
“Bu problemlər “Aztelekom” və “Bakı Telefon Rabitəsi” şirkətlərindən qaynaqlanmır. Nasazlığın ən qısa vaxtda aradan qaldırılması üçün şirkətimiz və xarici tərəfdaşlarımız tərəfindən lazımi tədbirlər görülür”, – deyə açıqlamada bildirilir.