05 May 2024 22:55

Fərqliliyimiz Uğurumuzdur

Cəfər Cabbarlının nəvəsi vəfat etdi

Azadsöz.az xəbər verir ki, dahi dramaturq Cəfər Cabbarlının nəvəsi Altay Abbasov vəfat edib.

Bu barədə C.Cabbarlının nəticəsi Orxan Bağırov məlumat yayıb.

Altay Abbasov 66 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Altay Abbasov yazar Seyfəddin Dağlının və Gülarə Cabbarlının övladı idi. O, uzun müddət ədliyyə sistemində çalışıb.