Azadsöz.az xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkib. Rotterdamdakı “Feyenoord stadionu”nda keçirilən görüş qonaqların inamlı qələbəsi ilə başa çatıb – 4:2.
Hesabı 34-cü dəqiqədə meydan sahiblərindən Doniell Malen açıb. Andre Kramariç 55-ci dəqiqədə tarazlığı bərpa edib.73-cü dəqiqədə Mario Paşaliç xorvatiyalıları önə keçirib. Lakin əsas vaxta əlavə olunmuş sonuncu – 6-cı dəqiqədə “narıncılar” bərabərlik qolunu vura biliblər. Qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb. 98-ci dəqiqədə Bruno Petkoviç uzaq məsafədən baxımlı qolla hesabı yenidən qonaqların xeyrinə dəyişib. Son nöqtəni isə 116-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Luka Modriç qoyub.
Beləliklə, Niderland seçməsinə qalib gələn Xorvatiya finalda İspaniya – İtaliya cütünün güclüsü ilə qarşılaşacaq.
UEFA Millətlər Liqası
“Dördlər finalı”
Yarımfinal
14 iyun
22:45. Niderland – Xorvatiya – 2:4 (ƏLAVƏ VAXTDA – 0:2)
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 – Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, “Feyenoord Stadionu”
Qeyd edək ki, “Dördlər finalı”nda həlledici oyun iyunun 18-də keçiriləcək.