Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Hacalıkənd kəndində yaşayan şəhid ailəsi Zümrüd Əliyevanın müraciəti müsbət həllini tapıb.
Belə ki, şəhid ailəsinin yaşadığı məhəllədə içməli su təminatının yaxşılaşdırılması ilə bağlı “Birləşmiş Sukanal” MMC-nin Göyçay Sukanal Sahəsinin İstismar qrupu tərəfindən əlavə modul tipli su bulağı inşa edilir.
Qeyd edək ki, yeni çəkilən içməli su bulağından həm şəhid ailəsi həm də ətrafda yaşayan kənd sakinlərinin də içməli suya olan təlabatı təmin ediləcəkdir.
Xatırladaq ki, hazırda İstismar qrupu tərəfindən modul tipli su bulağında son tamamlama işləri aparılır.