Azadsöz.az xəbər verir ki, 13 iyun 2023-cü il tarixdə vətəndaşların qəbulu qrafikinə uyğun olaraq Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin sədrliyi ilə rayon icra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilib.
Qəbulda rayon İcra Hakimiyyəti başçısı Natiq Ağayev, başçının müavinləri, aparatın şöbə müdirləri, rayon Polis Şöbəsinin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Vətəndaşların torpaq, işsizlik, sosial yardımın təyin edilməsi və digər problemlərlə bağlı müraciətləri dinlənilib və onların qaldırdıqları məsələlərin qanunvericilik tələbləri izah olunub.
İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmayan məsələlər isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilibdir.
Qeyd edək ki, ümumilikdə qəbul zamanı 40-a yaxın rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilibdir.