Azadsöz.az xəbər verir ki, bu ildən etibarən AMEA-nın elmi təşkilatlarına magistratura qəbulu aparılmayacaq.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, həmin təşkilatlarda yalnız tədqiqatlar aparılacaq.