20 Sentyabr 2024 02:03

Gəncədə Qocalar evində yanğın olub

Azadsöz.az xəbər verir ki, yanğın hadisəsi Gəncə  şəhərin Poçt qəsəbəsində yerləşən  qocalar evində olub.

Qəsəbədə yerləşən qocalar evinin 1 otağında anidən yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin  Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı 1 otağın 25 kv.m-i metri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com