Azadsöz.az xəbər verir ki, Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi məlum olub.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi mətbuat konfransında məlumat verib.
Beləliklə yeni dövrdə Türkiyədə nazir olacaq şəxslərin adları və vəzifələri:
Ədliyyə naziri – Yılmaz Tunc
Daxili İşlər naziri – Əli Yerlikaya
Xarici İşlər naziri – Hakan Fidan
Xəzinə və Maliyyə naziri – Mehmet Şimşək
Milli Müdafiə naziri – Yaşar Gülər
Səhiyyə naziri – Fahrettin Koca
Kənd təsərrüfatı və meşə naziri – İbrahim Kumaklu
Mədəniyyət və turizim naziri – Mehmet Ersoy
Ticarət naziri – Ömər Bolat
Təhsil naziri – Yusuf Tekin
Prezidentin köməkçisi – Cevdet Yılmaz
Əmək və Sosial Müdafiə naziri – Vedat Işıkhan
Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri – Mehmet Özhaseki
Enerji və təbii sərvətlər naziri – Alparslan Bayraktar
Sənaye naziri – Mehmet Fatih Kaçır
Ailə və sosial təminat naziri – Mahinur Özdemir Göktaş
Gənclər və idman naziri – Osman Aşkın Bak