Azadsöz.az xəbər verir ki, iyunun 1-də Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay rayon Heydər Əliyev Mərkəzində “1İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon sektoru Rauf Məmmədov, Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zahidə Mirzəyeva, rayon Gənclər Evinin direktoru Fərid Əkbərov, məktəbəqədər təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, şəhid ailələrinin övladları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.Bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da bu sahəyə xüsusi diqqət yetirilir. Uşaqlarımızın normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
Daha sonra balaca fidanların ifa etdikləri mahnılar, mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb.
Sonra balaca fidanlar üçün çay süfrəsi təşkil olunub.
Sonda Göyçay rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara bayram hədiyyələri paylanıb.