17 May 2024 06:22

Makron İlham Əliyevlə Moldovada görüşəcək

Azadsöz.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevlə Moldovada görüşəcək.

Bu barədə Fransa Prezidenti Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda bildirib.

Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişineuda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq. Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”, – deyə məktubda qeyd olunub.