04 May 2024 13:32

Fərqliliyimiz Uğurumuzdur

İlham Əliyevin Litvaya rəsmi səfəri başa çatdı-FOTO

Azadsöz.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.