28 Noyabr 2024 02:43

Göyçayda qazilər üçün tikilən iaşə obyektlərində növbəti işlər görülüb-FOTOLAR

Xəbər  verdiyimiz  kimi   Vətən müharibəsi  zamanı  sağlamlıq  imkanlarını  itirən  qazilərimizin sosial rifahının yaxşılaşdırılmasına görə,  Göyçay  Rayon İcra  Hakimiyyəti  tərəfindən  onlar üçün  Göyçay  şəhər  Əli Kərim Parkında   iaşə obyektlərinin tikilməsinə  göstəriş  verilmişdir.

Azadsöz.az xəbər verir ki,  verilmiş   göstərişə  əsasən  parkda iaşə obyektlərinin tikilməsi  üçün ayrılmış  əraziyə  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Abadlaşdırma Təmir və Mənzil İstismar  İdarəsinin  işçi  kollektivi  cəlb  olunaraq  tikinti  işlərinə başlanmışdır.

Bildirək  ki, tikilməsinə  başlanan   iaşə  obyektlərində  hörgü işləri  artıq  başa çatıb.Dam örtükləri  vurulub, elektrik  xətləri çəkilib.Görülən  işlər  çərçivəsində iaşə  obyektlərinin tam olaraq  istifadəyə  verilməsi  üçün   digər  işlərində  görülməsi  nəzərə  alınıb.

Qeyd  edək ki, tezliklə iaşə  obyektləri  Vətən müharibəsi  iştirakçılarının ixtiyarına   veriləcək.

 

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul