Azadsöz.az xəbər verir ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan liderləri arasında mayın 14-də Brüsseldə danışıqlar təşkil etmək niyyətindədir
Bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Aİ Cənubi Qafqazda sabitliyin təşviqi və iki ölkə arasında münasibətlərin normallaşdırılması səyləri çərçivəsində mayın 14-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında danışıqlar təşkil edir.
Liderlər 2023-cü il mayın 14-də Brüsseldə üçtərəfli görüşdə yenidən görüşmək barədə razılığa gəliblər.