19 May 2024 10:35

Göyçayda yağan güclü yağış elektrik enerjisinin verilişində problemlər yaradıb

Azadsöz.az xəbər verir ki, bu gün gecə  saatlarından  başlayaraq rayonda  yağan güclü  yağış elektrik enerjisinin verilişində problemlər yaradıb.

Rayon  mərkəzinin  bəzi  hissələri  daxil  olmaqla,   İkinci Ərəbcəbirli, Çərəkə, Yeniarx, Mallı Şıxlı, Müskürlü, Çaxırlı, Hacalıkənd, Qarabaqqal və Kürd kəndlərində elektrik enerjisinin  verilişində fasilə yaranıb.

Hal-hazırda  Göyçay Elektrik Şəbəkəsinin mütəxəssisləri tərəfindən həmin ərazilərdə elektrik təsərrüfatında texniki nasazlığın aradan qaldırılması ilə bağlı işlər aparılır.