27 İyul 2024 03:25

Bakıda oğurluq edənlər saxlanıldı

Azadsöz.az xəbər verir ki, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən parkda bir nəfər şəxsin  mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Əbülfəz Qasımov saxlanılıb. 

Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfər şəxsin mobil telefonunu oğurlamaqda, digərinin isə pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ruslan Nəsirov saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.