19 May 2024 09:40

Hal-hazırda yağışlı hava da təmizlik işçiləri tutulan bərələri açır -FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, bu gün gecə saatlarından başlayaraq Göyçayda  yağan intensiv yağış  hal-hazırda da  yağmaqda  davam  edir. Bu  yağışlı  hava  şəraitində  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik  Şöbəsinin  təmizlik  işçiləri   səhər  saatlarından  başlayaraq  rayonun  prospekt  və  küçələrində  yaranan  müəyyən problemləri  aradan  qaldırmağa  çalışırlar.

Belə  ki,  rayonun  Heydər Əliyev  prospektindən keçən  kiçik  bərələrə   bəzi  məsuliyyətsiz  sakinlərimiz   tərəfindən  atılan   şüşə, plastik   butulkalar, polietilen torbalar  və məişət tullantıları   təmizlik  işçiləri tərəfindən  bərələrdən  təmizlənərək  suyun  axını  tənzimlənib.

Bununla  yanaşı  hal-hazırda rayon  daxilində  mövcud olan  kiçik  bərələr,  arxlar  və  kanalizasiyalar   yağan  yağış  sularından  yaranacaq  problemlərin  qarşısının alınması üçün  təmizlik  işçiləri  tərəfindən  qabaqlayıcı  tədbirlər  görülür.