19 May 2024 09:07

Türkiyə Ermənistanla hava məkanını bağladı

Azadsöz.az xəbər verir ki, Türkiyə hava məkanını Ermənistan üçün bağlaması  ilə  bağlı  xəbəri  Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.

Nazir deyib ki, Ermənistanın üçüncü ölkələrə uçuşları üçün hava məkanı bağlanıb. 

Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatına İrəvanda abidə ucaldılması qəbuledilməzdir.

Nazir əlavə edib ki, hava məkanının bağlanmasından başqa da nə lazım olsa, onu edəcəklər.