08 Sentyabr 2024 03:51

“Tutsi” filminin aktyoru vəfat edib

Azadsöz.az xəbər verir ki, məşhur ABŞ-li aktyor Dabni Koulman Kaliforniya ştatının Santa-Monika şəhərindəki evində 92 yaşında vəfat edib.

Bu barədə onun qızı məlumat yayıb.

Koulman “Doqquzdan beşə” (1980), “Tutsi” (1982), “Müharibə oyunları” (1983), “Sizə məktub var” (1998), “Balaca Stüart” filmlərindəki rolları ilə məşhurdur.