Azadsöz.az xəbər verir ki, Azərbaycanın milli neft və qaz şirkəti SOCAR və Türkiyənin BOTAŞ şirkəti birgə yeni şirkət qurub.
Bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez açıqlayıb.
Nazirin sözlərinə görə, qaz bu yolla Avropaya satılacaq.
“Biz də lazımi razılaşmaları edirik. Ehtiyacımız olan qazın 30 faizini Rusiyadan qarşılayırıq. Azərbaycanın böyük SOCAR-ı var, onların milli şirkəti Türkiyənin ən böyük sərmayədarlarından biridir. Bu tərəfdaşlıq üçüncü ölkələrdə də həyata keçiriləcək.
BOTAŞ və SOCAR yeni şirkət yaradıblar. Biz bununla Avropaya qaz satacağıq. Qaz ticarət mərkəzi olacağımızı dedik. Azərbaycan da bunu dəstəkləyir. Balkan ölkələri bizdən və Azərbaycandan qaz tələb edir. Bu məsələ ilə bağlı birlikdə hərəkət edəcəyik. Xəzər ətrafındakı ölkələrin demək olar ki, hamısı mənbə ölkələridir. Biz Xəzərin şərqindəki ehtiyatları Xəzərin qərbinə çatdırmaq üzərində işləyirik”.