16 Sentyabr 2024 22:50

Ədliyyə Nazirliyinin bu vəzifəsi ləğv edildi-FƏRMAN

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev   Ədliyyə Nazirliyinin vəzifələrindən birinin ləğv olunması  ilə  bağlı  fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2006-cı il 18 aprel tarixli 391 nömrəli və “Ədliyyə orqanlarının inkişafı haqqında” 2006-cı il 17 avqust tarixli 446 nömrəli fərmanlarda dəyişiklik edilib.

Dəyişikliklə mətbu nəşrlərin təsis edilməsi barədə müraciətlərin uçotunu aparmaq məsələsi Ədliyyə Nazirliyinin vəzifələri siyahısından çıxarılıb.