03 May 2024 23:41

Fərqliliyimiz Uğurumuzdur

Türkiyə Avro-2028 və Avro-2032-yə ev sahibliyi üçün rəsmi namizəd oldu

Azadsöz.az xəbər verir ki, Türkiyə Avro-2028 və ya Avro-2032-ə ev sahibliyi etmək üçün namizədliyini rəsmi şəkildə irəli sürüb.

Bu barədə ölkənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu sənəd imzalayıb. Nazir namizədlik sənədini Türkiyə Futbol Federasiyasına göndərib. Bu sənəd aprelin 12-də UEFA-ya təqdim olunacaq.

Namizədlik sənədində Türkiyənin ev sahibi olacağı təqdirdə oyunların keçiriləcəyi stadionlar, qonqların yerləşdirilməsi üçün məkanlar, nəqliyyat və şəhər infrastrukturları başda olmaqla bir çox detallar haqqında məlumatlar var. UEFA Avro-2028 və Avro-2032-yə ev sahibliyi edəcək ölkələri bu ilin oktyabrında açıqlayacaq.

Qeyd edək ki, növbəti Avropa çempionatı – Avro-2024 Almaniyada keçiriləcək. Türkiyə ev sahiblii üçün namizədliyini irəli sürsə də, 2019-cu ildəki səsvermədə məğlub olmuşdu.