Azadsöz.az xəbər verir ki, sui-qəsd cəhdindən sonra Milli Məclisin deputatı Fazil Mustafanın xəstəxanadan ilk görüntüsü yayılıb.
Yayılan fotoda F. Mustafanın xəstəxanada müalicə aldığı və “Real” TV-nin rəhbəri Mirşahin Ağayevə müsahibə verməsi əks olunub.
Xatırladaq ki, martın 28-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.