19 Sentyabr 2024 20:13

ELM və TƏHSİL NAZİRİLİYİ DƏFƏLƏRLƏ MƏHKUM OLMUŞ MƏKTƏB DİREKTORLARINA NİYƏ ÜSTÜNLÜK VERİR?……

Azadsöz.az xəbər verir ki,  Yardımlı rayon Bozayran kənd tam orta məktəbində baş qaldıran dəhşətli korrupsiya və mənimsəmə hallarına hələ də lazımi reaksiya verilmir. Ortada aşkar cinayət faktları olsa da, Lənkəran – Astara Regional İdarədə havadarlıq rıçaqları dəfələrlə məhkum olmuş direktoru az qala günahsız edib. Kollektiv artıq bezib və Rəhbərin “susqunluqu” – korrupsioneri müdafiə etməsi onları lap mat qoyub. Xatırladaq ki, hələ ötən ay adıçəkilən təhsil müəssisəsindəki özbaşınalığa, korrupsiyaya diqqət çəkməyə çalışmışdıq. Lakin artıq məlum olur ki, Regional Təhsil İdarəsi tərəfindən aparılan yoxlamalar yalnız formal məqsədlə aparılıb.

Sən demə, Regionun müdirinin şəxsi nəzarətində olan “araşdırmalar” əslində sonuncunun bir neçə qohumunun və tanışının maraqlarına uyğunlaşdırılıb. Bu səbəbdən, məktəbdəki bunca vurhavurda ortada nə “cinayət işi” var, nə də cəzalanan. Əksinə, hamı S.Hüseyinov adlı “yırtıcı” bir məmurun toxunulmazlığına şahidlik edir. Lənkəran – Astara Regional İdarənin Yardımlı rayon Təhsil Sektorunun əməkdaşlarının himayədarlığı direktora cinayət işinin açılmasına maneədir! Müəllimlərin də verdiyi məlumatlarda bildirilir ki, məktəbin direktoru Seymur

Hüseyinov dağıtdığı bu təhsil ocağını təyinatından sonra yalnız öz maraqlarına uyğun formada idarə edib. Onun direktorluğu təhsil prinsiplərinə deyil, özünün və havadarlarının varlanmaq məqsədlərinə hizmət edib. Hazırda direktor illərlə məktəbə qənim kəsilərək, əlaqələrindən yararlanmaqla, təhsil müəssisəsində anarxiyaya, özbaşınalığa və cinayət tərkibli korrupsiya hallarına rəvac verib.

Direktor məktəbdə zəruri invertarlaşdırılma “siyasəti” həyata keçirməklə hər il küllü miqdarda dövlət vəsaitini mənimsəyib, məktəbin əmlaklarını talayıb. Kağız üzərində alınan invertarlara faktiki olaraq məktəbdə rast gəlinmir. Stollar, stullar, qarderob və divan dəstləri, bu kimi şeylər də direktorun əli ilə “yoxa çıxıb”.

Araşdırma zamanı invertarların haraya və necə satılması barədə Yardımlı rayon Təhsil sektorunun inispektoru Cavanşir müəllim və rəsmilərinə yetərli məlumatlar verilib. Lakin baş verənlər kiminsə tapşırığı ilə gizlədilir, Artıq inispektor araşdırmanı heç nə olmamış kimi qapadıb. Seymur Hüseyinovun özünün saxta stajla, xuliqanlıqla və başqa maddələrlə ayrı ayrılıqda dəfələrlə direktor işlədiyi dövürdə məhkum olub. Məktəbdə iş vaxtı direktor və müavini arasında olan mübahisədə, müavin onu doğru yola dəvət etdiyi üçün Seymur onunla yumruq davasına çıxmışdır. Məhkəmə hökmüylə yekunlaşan cinayət işindədirektor Seymur 2016 cı ildə XULİQANLIQ (221.1) maddəsi ilə cəzalandırılmışdır.

Bu hadisə özü antipedaqoji hərəkət olduğu üçün direktor işdən azad olunmalıydı. Ona görə də, Nazirliyə yazılan Məhkəmə qərarı və Nədənsə başqa məhkumluqlar Təhsil Nazirliyindən havadarlarının köməkliyi ilə gızlədilmişdir. Maaş xatirinə işə gəlmədən uzun müddət maaş alan “ölü can”ları da olub. Bir çox işçini kollektivdə heç kəs tanımır.

Belələrinin sırasında texniki işçilər sayca çoxluq təşkil edir. “ölü can”lar hələ də Seymur Hüseyinovun müdafiəsindən yararlanırlar. Müəllimlər arasında dərs bölgüsü də Hüseyinovun maddi marağının qurbanı olub. Ali təhsilli, atestasiya və diaqnostik qiymətləndirmədən keçən müəllimlər dərs saatı az, sadə kollec məzunları və sertifikasiya ilə işləyənlər isə daha çox dərs saatı ilə yüklənib. Bu prosesdə də Seymur Hüseyinovun maraq mexanizmi işləyib.

Mənbə:HədəfXəbər  https://hedefxeber.az/

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com