19 Sentyabr 2024 05:17

Nizami küçəsində ağacların budanması işləri aparılıb-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay  rayonunun   Heydər  Əliyev    prospektində  və  küçələrində  qrafikə  uyğun olaraq  ağacların  budanması işləri  görülür.

Xəbər  verdiyimiz  kimi  bu gün  Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir  Şöbəsinin  işçi  kollektivi ilə yanaşı  əraziyə  xüsusi qaldırıcı texnika cəlb olunaraq  rayonun  Nizami  küçəsində  çinar  ağaclarının budanması işləri aparılıb.

Belə  ki, küçədə quruyaraq insan həyatı, ümumiyyətlə ətraf mühitə təhlükə törədən çinar ağaclarının  budaqları   kəsilib, budanmış tullantıların ərazidən daşınması və həmin ərazinin  təmizlənməsi işləri görülüb.

Nizami küçəsində ağacların budanması işləri aparılıb

Nizami küçəsində ağacların budanması işləri aparılıb

Nizami küçəsində ağacların budanması işləri aparılıb

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com