30 Aprel 2024 20:18

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda fərdi yaşayış evi yandı

Azadsöz.az xəbər verir ki, bu gün rayonun Alpoud kənd sakini, 1958-ci il təvəllüdlü Abbasov Xanlar Məmməd oğluna məxsus ümumi sahəsi 112 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 54 kvadratmetrlik hissəsi içəridəki əşyalarla birgə yanıb, qalan hissəsi alovdan mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.  

PAGE TOP