20 Sentyabr 2024 01:49

Göyçaylı şəhid valideynləri Milli Qəhrəman Polad Həşimovun evinə baş çəkiblər-FOTO

Azadsöz.az xəbər verir ki, 7 mart 2023-cü il tarixində Göyçaylı şəhid valideynləri Sumqayıtda Milli Qəhrəman Polad Həşimovun evini ziyarət edib.

Görüşdə 2016-cı il aprel döyüşlərində torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  şəhidlik zirvəsinə ucalan Teymur Qasımovun atası Mikayıl  Qasımov ,  44 günlük Vətən Müharibəsində şəhid olan Vasif Əlibala oğlu Məmmədovun anası Zenfira Məmmədova və “Şirvanın səsi” və “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən  Muradova iştirak  edib.

Çay süfrəsi arxasında keçən görüşdə  Milli Qəhrəman Polad Həşimovun anası Səmayə Həşimova oğlu haqqında danışaraq onun Tovuz döyüşlərində göstərdiyi şücaətindən söhbət açıb. 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi  qələbədə  xalqın  əzmkarlığını, birliyini qeyd edib. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də  unudulmayacağını vurğulayıb.

Daha sonra şəhid  atası  Mikayıl  Qasımov, şəhid  anası  Zenfira Məmmədova övladlarının qısa və şərəfli ömür yolundan danışıb, şəhidlərimizlə  bağlı xatirələrini bölüşüblər.

Görüşün sonunda şəhid valideynləri və Gülşən  Muradova  Milli Qəhrəmanımızın  şəkillərindən, həmçinin ona məxsus olan əşyalardan ibarət guşə ilə tanış olublar.

 

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com