06 May 2024 14:05

Fərqliliyimiz Uğurumuzdur

Göyçayda Şəhid anası intihara cəhd etdi-SON DƏQİQƏ

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonunun  Qaraxıdır kənd sakini Abdullayeva Gülnar Abdulla qızı bu gün yaşadığı evdə özünü kəndirlə asıb. Qadın həyat yoldaşı Sədiyar Abdullayevə zəng edərək oğlunun şəhid olmasına görə daha dözə bilmədiyini deyib, telefonu söndürüb. Sədiyar Abdullayev dərhal evə gələrək onun özünə qəsd etməsinə mane olub, ölümdən son anda xilas edib. O, huşsuz vəziyyətə düşən həyat yoldaşının boğazından kəndiri çıxararaq onu təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub, hazırda müalicə edilir.

Qeyd edək ki, Gülnar Abdullayeva 44 günlük Vətən Müharibəsində şəhid olan Abdullayev Səməd Sədiyar oğlunun anasıdır.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.