20 May 2024 21:26

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib-Yaralılar Var

Azadsöz.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçayın Qarayazı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində rayonun Qarayazı kənd sakinləri, 1998-ci il təvəllüdlü Mahmudlu Nigar Sadiq qızı, 1964-cü il təvəllüdlü Salmanov Niman Eldar oğlu və 1985-ci il təvəllüdlü Ağayev Elvin Səxavət oğlu xəsarət alıb. Yaralılar təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.