Azadsöz.az xəbər verir ki, fevralın 4-də rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göyçay çayının sahilində yeni yaşıllıq sahəsinin salınması məqsədi ilə ağacəkmə aksiyası keçirildi.
Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİHB aparatının məsul işçiləri, YAP rayon təşkilatının fəalları, idarə, müəssisə, təşkilatların əməkdaşları, könüllülər, rayon sakinləri, KİV nümayəndələri və Qarabağ müharibəsinin qaziləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyəti tərəfindən əvvəlcədən ərazidə əkiləcək ağacların yerləri müəyyənləşdirilərək çalalar qazılmış və digər zəruri hazırlıq işləri görülmüşdür.
Səhər saatlarından başlanan ağacəkmə kampaniyası çərçivəsində 1000 ədəd pavlonya ağacı əkilib.
Aksiya rayon Mədəniyyət Evinin təşkil etdiyi musiqili proqramla davam edib.
Qeyd edək ki, ağacəkmə aksiyası rayonun kəndlərində də həyata keçirilib.