20 May 2024 18:00

ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayıb

Azadsöz.az xəbər verir ki, fevralın 3-də Birləşmiş Ştatlar Ukraynaya yeni hərbi yardım paketini elan edə bilər.

Bu paketə kiçik diametrli GLSDB yerüstü ağıllı bombalar daxildir. 

Cümə günü elan oluna biləcək ABŞ-ın Ukraynaya növbəti hərbi yardımı ilk dəfə olaraq daha uzun mənzilli ağıllı bombalardan ibarət olacaq.

Bu bombanın uçuş məsafəsi 94 mil (151,3 kilometr) təşkil edir ki, bu da ABŞ-ın indiyədək Ukraynaya verdiyi bütün bombalardan çoxdur.

GLSDB M270 və M142 HIMARS yerüstü raket sistemlərindən buraxılır. Bu silah növü kiçik diametrli bombanın dəyişdirilməsi nəticəsində yaradılıb, ona raket mühərriki əlavə edilib.

Fevralın 1-də Bloomberg yazıb ki, ABŞ Ukraynaya 2 milyard dollar dəyərində uzaqmənzilli artilleriya tədarük etməyi planlaşdırır .