20 May 2024 17:59

İlham Əliyev Əlcəzair ilə imzalanmış memorandumu təsdiq etdi

Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib. 

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Qeyd edək ki, memorandum 2022-ci il noyabrın 29-da Əlcəzair şəhərində imzalanıb.