Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin tapşırıq və göstərişinə əsasən Göyçay rayon Məlikkənd kəndinin yollarında cari təmir işləri aparılıb.
Rayonun Məlikkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və bələdiyyənin təşkilatçılğı ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması üçün kəndin daxili yollarına çınqıl daşı tökülərək cari təmir işlər aparılıb.