Azadsöz.az xəbər verir ki, 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı münasibətilə Heydər Əliyev parkında bayram gəzintisi təşkil olunub.
Bayram gəzintisində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Daha sonra təşkil olunan bayram gəzintisində Göyçay rayon Mədəniyyət Mərkəzinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı vətəpərvərlik ruhunda mahnılar, rəqslər təqdim olunub.