Azadsöz.az xəbər verir ki, MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü nəzərdə tutulmayıb.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Xeyr, üçtərəfli görüş olmayacaq, lakin bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli əlaqələr şübhəsiz ki, baş tutacaq”, – o vurğulayıb.
Qeyd edək ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək. Hər iki ölkə liderləri sammit üçün Rusiyaya səfər edib.