Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısının Çərəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və kənd bələdiyyəsi tərəfindən əhalinin əkin sahələrinin suvarma suyu olan təlabatının yaxşılaşdırılması məqsədilə şirə arxında yararsız vəziyyətdə olan dəmir örtüklü su borusu yenisi ilə əvəz olunub.
Eyni zamanda şirə arxında lil və çöküntülərdən təmizlənmə işləri aparılaraq, arxın ötürücülük qabiliyyəti artırılıbdır.